Behbudovla Oqtay Ağayev niyə düşmən oldu? - Axar TV

Behbudovla Oqtay Ağayev niyə düşmən oldu? - Axar TV

O, birbaşa xalq artisti adını alan 3 sənətkardan biri idi. Söhbət Oqtay Ağayevdən gedir.

1934-cü ildə Bakıda dünyaya gələn Oqtay Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Qəribədir ki, hər kəs onu məhz "Sən ey uşaqlıq" mahnısı ilə xatırlayır. Sənətkarın "Yadındamı ötən günlər", "Qaytar eşqimi", "Sənin bircə təbəssümün" kimi mahnıları da dillər əzbəridir və uzun müddət keçməsinə baxmayaraq, hələ də dinlənilir.

Oqtay Ağayevin səsi bütün keçmiş sovet respublikalarında da sevilirdi, konsertinə yüzlərlə insan toplaşırdı.Kreml sarayında konsert vermək hər bir sənətkarın arzusu idi. Oqtay Ağayev isə bu arzunu düz 11 dəfə gerçəkləşdirməyi bacarmışdı.

Ağayev sənətə başladığı ilk illərdə Rəşid Behbudovla çox yaxın dost idi. Ancaq sonradan - 1968-ci ildən iki sənətkar arasında münasibətlər soyumağa başlayır. Həmin il azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyəti Moskvaya gedir. Nümayəndə heyətinin rəhbəri Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnını oxuyur. Lakin mahnı bitən kimi zaldakılar "Camayka", "Camayka" qışqırırlar və Maestro Niyazi gənc Ağayevdən həmin mahnını oxumasını istəyir. Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Behbudov onun bu mahnını oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və alqışlarla qarşılanır. Bu hadisədən sonra Rəşid Behbudovun Ağayevə münasibəti dəyişir.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az