Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Tarix İnstitutundan Mediainfo.az saytına verilən məlumata görə, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub.
İclasda qonaq qismində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.
İnstitut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan İslamın yayıldığı ilk ölkələrdəndir: "Tarix İnstitutunun nəşrləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları ərəb dilində də çap olunub. Bu yaxınlarda "İrəvan xanlığı" kitabı türk və alman dillərində də çap olunacaq".
"Misir Mədəniyyət Mərkəzində Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Misirdən dəvət olunmuş mütəxəssislər 1 ildir ki, institutun alimlərinə ərəb dilini öyrədirlər", - deyə akademik qeyd edib.
Əhməd Sami Elaydi bildirib ki, Misir Mədəniyyət Mərkəzinin Tarix İnstitutu ilə sıx əməkdaşlığı var: "Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitab, o cümlədən tarixi mənbələr var. 2017-ci ildə kitabxanamız adından on min elektron kitabı instituta təqdim etmişik".
Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































