"Tam ayağa qalxa bilsəm, çox planlarım var, çox işlər görmək istəyirəm".
Bu sözləri teleqraf.com-a bir müddət öncə yıxılaraq vanna otağında belini zədələyən 76 yaşlı xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
"Belim zədələndikdən sonra çox böyük əziyyətlər çəkdim. Ağır müalicələr aldım. Əvvəlki vəziyyətimə baxanda indi müalicələr öz təsirini göstərir. Lakin havalar dəyişəndə ağrılarım baş qaldırır. Çox istirahət edirəm ki, tam sağalım. Gəzməyimdə problem yoxdur, yavaş-yavaş gəzirəm. Tam ayağa qalxa bilsəm, çox planlarım var, çox işlər görmək istəyirəm".
Flora xanım sevənlərinin onu tək qoymadığını da qeyd edib:
"Dost-tanış əhvalımı soruşur, səhhətim haqqında maraqlanırlar. Sevənlərim məni tək qoymur".
Efir qadağasına da toxunan Flora Kərimova bunun bəzi TV-lərdə davam etdiyini bildirib:
"Bəzi efirlərdə qadağa davam edir. Buna görə bəzi müğənnilər kimi heç yerə xahiş etmirəm ki, o qadağanı götürsünlər".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































