Antalya bölgəsində 3217 Azərbaycan vətəndaşı yaşayır

Antalya bölgəsində 3217 Azərbaycan vətəndaşı yaşayır

Türkiyənin Antalya bölgəsində 3217 Azərbaycan vətəndaşı yaşayır.

Bu barədə Türkiyə Statistika Təşkilatının hesabatında bildirilib.

Hesabata əsasən, 2017-ci ildə Antalyada yaşayan xarici ölkə vətəndaşlarının sayı 57423 nəfər olub. Ümumilikdə ötən il 919 min 61 əcnəbi Türkiyədə yaşamaq üçün icazə alıb.

Antalyada yaşayan xaricilər arasında Rusiya vətəndaşları çoxluq təşkil edir. Bu şəhərdə Rusiyanın 8059 vətəndaşı məskunlaşıb. Bu göstərici ilə Rusiya vətəndaşları siyahıya başçılıq edirlər. Almaniya 7545 nəfərlə ikinci yerdədir. Antalyada Qırğız Respublikasının 5840, Ukraynanın 5114, Qazaxıstanın 4242, İranın 3052, İraqın 3046, Gürcüstanın 1520 vətəndaşı yaşayır.

Hesabatda qeyd olunub ki, dünyada xarici ölkə vətəndaşlarının yaşadığı ölkələr sırasında Türkiyə 3-cü yerdədir.Report

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az