ARB telekanalında yayımlanan "Xalqın şairi" layihəsinin rəhbəri Mübariz Əsgərov gənc şair Rauf Qəribin səsləndirdiyi ittihamlara cavab verib.
Mediainfo.az-ın məlumatına görə,"Ölkə.Az"-a açıqlama verən M.Əsgərov bildirib ki, sözügedən şəxsi ümumiyyətlə tanımır:
"Mən o şəxsi ümumiyyətlə tanımıram. Səsləndirdiyi fikirlər də sərsəm iddialardır. Kimsə ağlına gələni yazacaqsa, hər dəfə açıqlama verəsi deyiləm ki. Belə bir şey yoxdur. Böhtan, şər yağdırır. Layihəmiz martda davam edəcək".
M.Əsgərov məsələnin hüquqi müstəviyə daşınmasına ehtiyac görmədiyini diqqətə çatdırıb:
"Mənim ona vaxtım yoxdur. İstəsəm, onu məhkəməyə verərəm. Ancaq əlimdə sənədli filmlər, layihələr var. Bəzi adamlar iftira, şər-böhtan yazırlar ki, məhkəməyə verilib gündəmə gəlsinlər. Ona baş qoşacaq qədər vaxtım və enerjim yoxdur. Dediklərini özü bilər, Allahı bilər".
Qeyd edək ki, Rauf Qərib sosial şəbəkədəki hesabında iddia edib ki, Mübariz Əsgərovla birinciliyin ona veriləcəyi ilə bağlı razılaşıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























