Bu ilin yanvar ayında nikaha daxil olmaq istəyən 9 396 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 290 nəfərində talassemiya daşıyıcılığı, 16 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.
Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.
Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 yanvar 2018-ci ilə kimi müayinədən 373 680 nəfər keçib: "İndiyə qədər tibbi müayinədən keçmiş 14 364 nəfərdə talassemiya daşıyıcılığı, 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































