İran-Ermənistan əlaqələrinin inkişafı uğrunda daha bir addım atılıb. Rejim Ermənistanla əlaqələrdə məqsədyönlü şəkildə Azərbaycanın rəsmi və qeyri-rəsmi orqanlarından istifadə etməyə çalışır.
İranda bu ölkə ilə Ermənistanın Elm, Araşdırma və Texnologiya Birgə Komissiyasının ilk iclası keçirilib.
İran Elm, Araşdırma və Texnologiya Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Salar Amoli İran və Ermənistan arasında elmi əməkdaşlıqla bağlı "yol xəritəsi"nin hazırlanması üçün Urmiya Universitetinin elmi əməkdaşlıq koordinasiya mərkəzi olaraq müəyyən edildiyini açıqlayıb.
Erməni heyətinə başçılıq edən Ermənistan elm və təhsil nazirinin müavini Vahram Mekerdiçyan isə ölkəsinin "Baloniya prosesi"nə qatılmaq üzrə olduğunu və parlamentdə universitetlərin müstəqilliyini artıracaq yeni qanun layihələri qəbul ediləcəyini nəzərə çatdırıb.
Qeyd edək ki, Güney azərbaycanlılar Azərbaycan Respublikanının 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanla İranın istənilən sahədə əlaqəsinə qarşı çıxır, bu barədə öz etirazlarını müxtəlif formalarda dəfələrlə dilə gətirirlər. İran rejimi isə işğalçı ölkəyə yardım göstərməklə Azərbaycan Respublikasını təzyiq altında saxlamaq istəyir. Bu vəziyyət uzun illərdir dəyişmir, iki ölkənin əlaqələri müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Teleqraf.com
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































