Mətbuat Şurasının və qurumun rəhbəri Əflatun Amaşovun adından saxtakarlığa yol verilib.
Minval.İnfo-un məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov bildirib ki, "Qaynar-xett.az" saytı öz "əməkdaşlarına" payladığı vəsiqələrin üzərində Azərbaycan Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun "imzası"nı qeyd etməklə saxtakarlığa əl atıb.
Həmin vəsiqələrin şəkillərini sosial şəbəkədə paylaşan Ə.Rüstəmov qeyd edib:
"Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik…
Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. İndidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)





























