Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu "Gənclərin dostu" mükafatını təsis edib.
Tarix İnstitutundan verilən məlumata görə, bu barədə qərar institutun genişləndirilmiş Elmi Şurasının 2 fevral - Gənclər Gününə həsr olunmuş iclasında verilib.
Bu mükafat görkəmli alimlərə gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq veriləcək.
İclasda çıxış edən gənclərin təklifləri nəzərə alınaraq, ilk mükafatın AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim olunması qərara alınıb. Bildirilib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək, bu sahədə aktiv fəaliyyət göstərməkdədir. İclasda qeyd ediblər ki, Akif Əlizadənin təşəbbüsü ilə 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, institutun magistrları qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































