Milli Məclisin Elm və təhsil komitəsi bu il "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsi hazırlayacaq.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Modern.az-a Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.
Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır.
"Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq. Yeni qanun layihəsi hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrəniləcək və ölkənin reallıqları qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbulu ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verəcək".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































