Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski "Stalinin ölümü" kinokomediyasının demək olar ki, MDB-nin əksər ölkələrində yayımlanmasının qadağan edildiyini açıqlayıb. Qazaxıstan, Belarus, Qırğızıstan və Rusiyada filmin nümayişi qadağan olunsa da, Ermənistan sözügedən filmin yayımlanmasına icazə verib. Bəs görəsən, həmin filmin Azərbaycanda nümayişi ilə bağlı hər hansı qadağa tətbiq olunubmu?
Bu barədə Kult.az-a danışan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd bildirib ki, "Stalinin ölümü" filmi ilə bağlı nazirliyə müraciət olunmayıb:
"Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə "Stalinin ölümü"nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan filmin ərizə forması geri çağırıldı və bununla bağlı cinayət işi açıldı. Belə qənaətə gəldilər ki, ekspertlər o filmə baxmalı və yenidən rəy verməlidirlər. Bunu bildikləri üçün bizə həmin filmlə bağlı heç bir sənəd təqdim etməyiblər. Yəni film Azərbaycanda qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, "Stalinin ölümü" filminin ölkəmizdə nümayişinə razılıq verilməyib".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































