Ermənilərin 2015-ci ildən Şuşadakı Yuxarı Gövhərağa məscidini təmir etmələri xəbəri çoxdan yayılıb.
"KarabakhTV"-nin verdiyi növbəti xəbərdə Azərbaycan üçün ən gözlənilməzi isə məscidin təmir-tikinti işlərinin Qazaxıstanlı milyonçu tərəfindən maliyyələşdirməsidir.
Məsələ ondadır ki, işğal altındakı Azərbaycan torpağındakı məsciddə təmir-bərpa işləri və Ermənistan Təşəbbüslərin İnkişafı və Şərq Tarixi İrsinin İntibahı fondlarının proqramı əsasında həyata keçirilir. Qazax sahibkar Kayrat Boranbayev isə Ermənistan Təşəbbüslərin İnkişafı fondunun donorlarından biridir.
2015-ci ildə müsəlman hesab edilən, Rusiya müftilər Şurası tərəfindən "Əl-Fəxr" Şöhrət ordeni ilə təltif edilən qazax iş adamı Ermənistana və Dağlıq Qarabağa səfər edib. Şuşada sözügedən məscidi görən Boranbayev bərpa işlərinin xərcini öz üzərinə götürüb və bu məqsədlə iri məbləğdə ianə ayırıb.
Adının mənası Azərbaycan türkcəsində "qeyrət" mənasını verən qazaxıstanlı milyonçu, ölkəsindəki nəhəng "Almalı" holdinqin rəhbəri olan Kayrat Boranbayevin işğalçı ölkəyə və separatçı-terrorçu rejimə hansı məqsədlə və kimin xeyir-duasıyla dəstək verməsi və s. xüsusları araşdırmaq isə Azərbaycan Xarici İşlər Nazirliyinin və eyni soylu(!), eyni dinli(!) Qazaxıstanın Azərbaycandakı səfirliyinin vəzifəsidir...
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































