Azərbaycanda mart ayında əfv və amnistiya veriləcək

Azərbaycanda mart ayında əfv  və  amnistiya veriləcək

Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı böyük amnistiya aktının verilməsi gözlənilir.

Bu barədə AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq:

"Əfv və amnistiya daha çox insanı əhatə edəcək və bütün təbəqələrdən olan məhbuslara şamil olunacaq. Bu humanist adımın Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində atılmasını gözləyirik".

Qeyd edək ki, ötən gündən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. Ümumilikdə indiyə qədər komissiyaya 1000-dək müraciət daxil olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az