Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

"Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5.9 milyonu (56 faiz) kişi, 3.5 milyon (34 faiz) qadın və 1 milyon (10 faiz) uşaq olub. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir".

Mediainfo.az sputnik.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə bu gün "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır: "Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib".

Onun sözlərinə görə, Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur: "2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub. Azərbaycanda vərəm əleyhinə dövlət səviyyəsində mübarizə aparılır, qanunvericilikdə mütəmadi olaraq bu sahə ilə bağlı dəyişikliklər edilir".

Ə.Əmiraslanov əlavə edib ki, vərəm dünyada bütövlükdə ən çox yayılmış xəstəliklərdən biridir: "Bu istiqamətdə mübarizə tədbirləri həyata keçirilir, profilaktika sahəsində təsirli tədbirlər həyata keçirilir və müsbət nəticələr əldə olunub. Amma son vaxtlar dünyada vərəmin yeni forması mütəxəssislərin diqqətini cəlb edib. Vərəmin yeni forması dərman preparatlarına son dərəcədə davamlıdır. Bu, uzun müddət müalicə tələb edən formadır və böyük maliyyə vəsaiti tələb edir. Bu forma dünyada bir çox ölkələrdə yayılmağa başlayıb".


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az