Milli Məclisin Elm və təhsil komitəsi "Tələbə kreditləri haqqında" qanun layihəsi hazırlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, "Tələbə kreditləri haqqında" qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: "Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik".
İ.Həbibbəyli əlavə edib ki, ötən il ərzində komitəyə müraciət daha çox işdən çıxarılma, diaqnostik qiymətləndirmə, qaçqın və məcburi köçkünlərin təhsilləri ilə bağlı olub: "Ötən dərs ili ilə müqayisədə bu il təhsil haqları ilə bağlı şikayətlər az daxil olub. Bunun səbəbi də təhsil kreditlərinin verilməsi üçün "Maarifçi" Tələbə Kredit Fondunun yaradılması olub".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























