2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər ediblər. Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,0 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 faizi yanvar, 5,7 faizi fevral, 9,1 faizi mart, 6,9 faizi aprel, 7,8 faizi may, 9,0 faizi iyun, 11,7 faizi iyul, 11,4 faizi avqust, 9,4 faizi sentyabr, 7,6 faizi oktyabr, 7,5 faizi noyabr, 8,0 faizi isə dekabr aylarında ölkəyə gəliblər.
Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman vətəndaşlarının sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artıb. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 faiz artaraq 614,7 min nəfər təşkil edib.
Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunub. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1006,5 min nəfər olub.
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə ediblər. azvision.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































