Məşhur azərbaycanlı xeyriyyəçi, milyonçu, Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qalıb və uçmaq təhlükəsi ilə üzləşib.
Mediainfo.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, ev tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər. Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.
Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib.
Ömrünün son illərini bu evdə keçirib. 1924-cü il sentyabrın 1-də bu evdə vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra Böyük Vətən Müharibəsi illərində bu evdə təxliyyə hospitalı yerləşib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























