Azərbaycanlı rəssam bu cür pul qazanır
Ağstafa sakini Vüsal Nəbiyev köhnə velosipedinə qoşqu düzəldib.
İxtisasça rəssam olan 30 yaşlı müsahibim 3 təkərli nəqliyyat vasitəsi ilə şəhər bazarında yük daşıyaraq pul qazanır. Onun gündəlik gəliri isə 5-20 manat civarında dəyişir.
Onun bu velosipedi "Muravey" motosikletindən sadəcə mühərrikinin olmaması fərqləndirir. Velosipedin əyləci də fərqli üsulda yığıb. Yanacaq sərf etməyən minik vasitəsi yükdaşıma üçün çox əlverişlidir.
3 təkərli velosiped 50 kiloqrama qədər yük götürür. Bundan ağır yük olanda o, velosipedi idarə etməkdə çətinlik çəkir. Vüsal deyir ki, gündəlik gəlirini bu nəqliyyatla əldə edir. Sifarişlə yükləri lazım olan ünvanlara çatdırır. Müsahibim yük velosipedini gələcəkdə daha da təkmilləşdirəcəyini deyir.
Minval.İnfo
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































