Azərbaycanda ikinci dəfə nikaha girən şəxslərin sayı artıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisinin sözlərinə görə, ölkəmizdə ikinci dəfə ailə qurbanlara qarşı münasibət əvvəl kimi deyil: "5-10 il əvvəl qadının ikinci dəfə ərə getməsinə pis baxılırdı. Xüsusilə uşaq olmayanda kişilər və qadınlar ikinci dəfə ailə qurmağa çalışırlar ki, nəsil artımı olsun".
E.Səfərov vurğulayıb ki, boşanan gənclərin ikinci dəfə nikaha girməsi halı 5-10 il əvvəlki göstəricidən qat-qat çoxdur: "Buna cəmiyyətdə yanaşma dəyişib. Əvvəlki kimi qınaq yoxdur. İkinci dəfə ailə quranlar əsasən 35 yaşa qədər olan şəxslərdir. 50 yaşdan yuxarı ikinci dəfə ailə quranların sayı nisbətən azdır. Lakin biz tərəfdarıyıq ki, tənha insanların sayı azalsın. Bunun üçün stimullaşdırıcı addımların atılmasını həyata keçiririk. Ailə strategiyasında stimullaşdırıcı addımlar nəzərdə tutulub". azvision.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























