"Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, 18 yaşına qədər valideynlərindən birini itirmiş, digəri isə 2-ci qrup əlil olan şəxslərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub.
Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.
Komitə sədri bildirib ki, hazırki qanunvericilik buna imkan vermir: "Təxmini hesablamalara görə, bu rəqəm 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra qanunvericilikdə dəyişikliklər edə bilərik". Azvision.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































