"Yeşilçam"ın əfsanəvi ulduzu, "Şaban" obrazı ilə populyarlaşan Kemal Sunalın aktyor oğlu Ali Sunal azərbaycanlı ilə evlənir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Posta" qəzeti məlumat yayıb.
O, Nazlı Qurbanzadə ilə nikah bağlamaq qərarına gəlib. Özəl həyatını hər zaman gizli saxlayan aktyorun toyu yay aylarında baş tutacaq.
Bu məqamda bildirək ki, onlar "ÇABA" dərnəyinin layihələrində tanış olublar. Əvvəlcə dost olan cütlük, daha sonra eşq yaşamağa başlayıblar.
Hətta, hüquqşunas olan N. Qurbanzadə dərnəyin təşkil etdiyi bir dəfilədə podium çıxıb.
Xatırladaq ki, A. Sunal 2011-ci ildə aktrisa Gökçe Bahadırla evlənib, bir il sonra boşanıblar.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































