Azərbaycanda 2017-ci il ərzində 322 kimsəsiz dəfn olunub.
Bu barədə Azvision.az-a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər Hövsan qəbirstanlığında kimsəsizlər üçün ayrılan sektorda dəfn olunub.
"Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn edirlər. Bəzən dəfndən sonra ölən şəxsin yaxını olduğunu deyən şəxslər gəlir. Bunun üçün ilk növbədə qohumluq əlaqələrini sübut edən sənəd göndərirlər. Daha sonra isə biz onları sanitar, epidemioloji stansiyaya yönləndiririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə aldıqdan sonra meyiti aparıb istədikəri yerdə dəfn edə bilərlər".
S.Həsənov qeyd edib ki, bu proses azı bir il çəkir: "Qayda belədir. Qumsal torpaqlarda bir il, nəm torpaqlarda 3 il meyiti çıxarmağa icazə verilmir. İl ərzində belə müraciət çox az olur: haradasa 1-2 nəfər".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























