"O səs Türkiyə" yarışma həyəcanı davam edir. Yarışmanın bu mövsümündə çox saylı azərbaycanlı iştirakçılar uğurla çıxış edir, növbəti mərhələyə vəsiqə qazanırlar. Onların arasında Yıldzı Tilbenin komandasında çıxış edən Ayla Ray və Aynurə Şirinova xüsusilə seçilir.
Belə ki, ötən gün yarışmanın 3-cü turu keçirilib. Ayla Ray duet ortağı Pembegül Bayram ilə "Black velvet" mahnısını ifa edib. Sonda Yıldız Tilbe yarışmaya Ayla ilə davam etmək istədiyini deyib.
İfaları ilə "O səs Türkiyə"nın münsiflərini heyran qoyan Aynurə Şirinova da "Konuşsana bir tanem" mahnısını uğurla ifa edərək, növbəti mərhələyə keçib.
Beləliklə azərbaycanlı qızlar özünə məxsus ifaları ilə yenidən diqqəti özlərinə cəlb edə biliblər.
Qeyd edək ki, Ayla Ray (Şiriyeva) 6 yaşından musiqi ilə məşğul olmağa başlayıb. O, Bülbül adına orta ixtisas musiqi məktəbinin estrada-caz fakültəsini bitirib. 11 il fortepiano, 6 il isə fleyta sinfində təhsil alıb. 3 yaşından 12 yaşına kimi isə rəqs və gimnastika ilə məşğul olub. Hazırda isə İncəsənət Universitetinin ikinci kurs tələbəsidir. Ayla Ray "O səs Türkiyə"yə yarışmasına qədər ölkədə keçirilən mahnı müsabiqəsi yarışmalarında, o cümlədən "Səs Azərbaycan" da uğurla çıxış edib.
Gənc ifaçı ötən ilin oktyabr ayında "O səs Türkiyə" yarışmasına qatılaraq münsiflər heyətini özünə heyran etmişdi. 19 yaşlı ifaçı 4 münsifin hamısını döndərə bilmişdi.
Digər gənc ifaçı Aynurə Şirinova isə bir müddət bundan əvvəl səhnədə olsa da, daha çox "O səs Türkiyə" yarışmasından tanınmağa başlayıb. İfaçı yarışmanın ilkin mərhələsində "Annem" mahnısı ilə 3 münsifi özünə tərəf döndərə bilmişdi. Aynurə Şirinova uğurlu çıxışları ilə 3-cü mərhələni də keçərək, Yıldız Tilbenin komandasında mübarizəsini davam etdirir.
Musavat.com
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























