AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən "Kitabi-məzhər əttürki" əsərinin surətini əldə edib.
AMEA-dan Azadinform-a verilən məlumata görə, Şirazda yazılmış 80 vərəqlik, müqəddimə, 4 fəsil və nəticədən ibarət olan bu kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırılır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir.
Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































