Xalq artisti Könül Xasıyeva ilk dəfə həyat yoldaşından danışıb.
Hazırda onurğa iflicindən əziyyət çəkən xanəndə "Səni axtarıram" verilişində deyib ki, ərindən ayrılıb. O, aparıcının "Çətin gününüzdə qohumlar sizə dəstək oldu" sualına belə cavab verib:
"Mənəvi cəhətdən hamı yanımda oldu. Maddiyə gəldikdə isə... Həmişə hamısını mən maliyyələşdirmişəm. Nəslin "maliyyə naziri" olmuşam. 9 uşaq oxutmuşam. Buna görə də gec ailə qurdum. Ömrümü uşaqlara həsr etdim. Çünki görürdüm ki, uşaqlar da bacı-qardaşım kimi oxuya bilməyəcək.
Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. Oğlum Kazım da atasıyla nəfəs alır".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































