Təhsil nazirinin Qurana əl basıb and içməsi hamını şoka saldı

Təhsil nazirinin Qurana əl basıb and içməsi hamını şoka saldı

ABŞ-ın Virciniya ştatında təhsil naziri vəzifə başına gəlmək üçün Qurana and içib.

Bu haqda "Ritşmod Tayms" nəşri xəbər yayıb.

Sosial şəbəkələrdə müsəlman Atıf Karninin yeni nazir kimi vəzifəyə gəldiyində Qurana əl basıb and içməsinin video-görüntüləri yayılıb. Bu, Amerika nazrinin müsəlmanların Müqəddəs Kitabına and içdiyi ilk haldır.

Nəşrin yazdığına görə, müsəlman A.Karni demokratdır. O, dəniz piyada qoşunlarında xidmət edib və son illər riyaziyyat müəllimi işləyib.

Xatırladaq ki, 2006-cı ildə Minnesota ştatından Kit Ellison adlı müsəlman Nümayəndələr Palatasına seçilərkən Amerika tarixində ilk müsəlman konqresmen kimi ABŞ-ın qurucularından biri və keçmiş prezident Tomas Ceffersona məxsus Qurana and içmişdi. Moderator.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az