Türkiyənin Mərmərə Universitetinin yaranmasının 135-ci ildönümündə prezident Rəcəb Tayyib Ərdoğana azərbaycanlı doktorant Tünzalə Məmmədzadənin ipək üzərində yazdığı "Qurani-Kərim" hədiyyə edilib.
Universitetin rektoru Məhmət Emin Arat azərbaycanlı doktorantın "Qurani-Kərim"i 3 il ərzində 50 metr şəffaf ipək üzərinə qızılı və gümüş rəngli boyalarla nəqş etdiyini deyib.
"Qurani-Kərim"i öpərək qəbul edən prezident Tünzalə Məmmədzadəyə təşəkkür edib: "Sevimli tələbəmizə, bacımıza bu bacarığına, 3 illik əziyyətinə görə minnətdaram. Bu cür hədiyyəyə layiq olduğuma görə çox şadam. Belə bir "Qurani-Kərim"ə layiqli yer tapmaq çətindir. Muzey hazırlayırıq, inşallah bu əsəri həmin muzeyin müstəsna hissəsinə qoyacağıq".Teleqraf.com
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































