İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində, qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni həbs edilib.
Bu barədə İranın Hormozqan əyalətinin ümumi təhlükəsizlik polisinin rəisi, polkovnik Əli Əsğər İbadi Nik məlumat yayıb. O bildirib ki, hüquq-mühafizə qüvvələrinin tutduğu gənclərdən 12-si kişi, 9-u isə qadın müğənnidir:
"Bu şəxslər, özlərinə məxsus qanunsuz studiyalarda əxlaq və islam dəyərlərinə zidd mahnılar yazdırıb, onlara kliplər çəkdirdikdən sonra onu virtual aləmdə və peyk vasitəsilə xaricdən ölkəyə yayılan düşmən telekanallarında yayırmışlar".
Həbs edilənlər Bəndər Abbas şəhərindəki polis bölməsinə aparılıb.kult.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































