Müğənni Elnarə Xəlilova "Lider" telekanalındakı "Xeyirli axşamlar" verilişindən ayrılıb.
Müğənninin kanaldan ayrılmasına səbəb proqramın rəhbərliyi ilə yola getməməyi olub.
Bildirilir ki, müğənnidən verilişində dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb olunub. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə veriliş rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni "Lider TV"dən ayrılıb.
E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığı təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib:
"Bəli, Elnarə xanım "Xeyirli axşamlar" verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik".
Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan "Xeyirli axşamlar" verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.
Qeyd edək ki, Elnarə "Lider"dən öncə "Space"də aparıcılıq edirdi.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































