Türkiyənin məşhur pop ulduzu Ajda Pekkan Bakıya gəlib.
Bu barədə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova sosial şəbəkədə məlumat paylaşıb.
"Nargis" jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Heydər Əliyev Sarayında solo konserti nəzərdə tutulan Ajda Pekkan bu gündən etibarən Bakını ziyarətə başlayıb. İlk növbədə Tarqovı küçəsini gəzən müğənni "Soyuq əllər isti ürək" xeyriyyə yarmarkasına da baş çəkib, pendirlə təndir çörəyi yeyib.
Ajda Pekkan Bakıya gəlişinə görə şad olduğunu bildirib: "Çünki Bakı üçün çox darıxmışam. Gələr-gəlməz mənə gözəl sürprizlər edildi. Azərbaycanlılar çox qonaqpərvərdir. "Nargis" jurnalı ilə tanış oldum, Bakını gəzməyə çıxdıq", - deyə türkiyəli ulduz qeyd edib.
Xatırladaq ki, Ajda Pekkan axırıncı dəfə 5 il əvvəl Bakıda olub.Teleqraf.com
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























