Bakıda teatrın qapılarını sökdülər

Bakıda teatrın qapılarını sökdülər

"Keçən ilin avqust ayından etibarən yerləşdiyimiz məkanda fəaliyyət göstərmişik. Hadisə 2-3 gün bundan əvvəl baş verib. Belə ki, ev sahibi bildirdi ki, Pirşağıda bağ evi tikdirib, bizim olduğumuz məkanın qapıları ona lazımdır. Biz köçməmişdən qabaq olduğumuz məkanın qapılarını ölçüblər, bağ evində də həmin qapıların ölçülərinə uyğun çərçivə hazırlayıblar. Bu səbəbdən bayır qapısından başqa bütün qapılar sökülüb. Tualet, mətbəxt, zalın və başqa otaqların qapılarını çıxarıblar, şəkillərini də çəkmişik".

Bu sözləri ƏSA Teatrının baş meneceri Nicat Qulam "Qafqazinfo"ya açıqlamasında deyib. O, teatrın yerləşdiyi məkanın sahibi tərəfindən qapıların söküldüyünü bildirib:

"Bizim müqaviləmiz var, ancaq həmin müqavilədə belə bir bənd olmayıb. Bizə deyirlər ki, plastik qapılar qoya bilərik. Amma plastik qapı da uyğun olmur. Biz bu məkanda fəaliyyət göstərə bilməyəcəyik. Artıq soyuq olur, köhnə bina olduğu üçün pəncərələr taxtadandır. Küləyin gediş-gəlişi daha da artır. Hazırda yeni məkan axtarışındayıq. Maliyyə vəziyyətimiz də o qədər yaxşı deyil. Uyğun yer axtarırıq. Bizim fəaliyyət üçün 150 kvadrat metr məkan lazımdırdır. Belə yer tapmaqda bir az çətinlik çəkirik. Elə indi olduğumuz məkanı 1 ay axtarışda olandan sonra tapmışıq".

Qeyd edək ki, ötən ilin dekabr ayında teatrın "Adamlar və siçanlar" tamaşasının təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az