Gecikdirilmiş əmək haqları və sosial xarakterli digər ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Axar.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.
Onun sözlərinə görə, nazirlik yanında 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardır. Qalan hissəsini zərərə görə ödənişlər təşkil edib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa etdiriliblər.
Bu tədbirlər çərçivəsində həmçinin xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























