Kulis.azda "İşdən kənar" layihəsində Tövbə cəmiyyətinin sədri Hacı Əbdülün müsahibəsi yayımlanıb. O, tanınmış ilahiyyatçı Elşad Miri haqqında "şeytan" ifadəsini işlədib:
"Elşad Miri haqqında bir kəlmə bunu deyim ki, o, şeytandı. Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Hamısının məqsədi dinimizi məhv etməkdi".
Kulis.az məsələ haqqında Elşad Miridən münasibət öyrənib. Elşad Miri cavabında Hacı Əbdül haqqında bunları söyləyib:
"Bu adama nə cavab verim ki? Heydər Əliyev bu adam haqqında söz deyəndən sonra bizim əlavə söz deməyimiz ayıb olar... Onun şəxsi ilə heç bir işim yoxdu, nə dediyinə də əhəmiyyət vermirəm. Sadəcə orda deyir ki, Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Gör onda bu din nə gündədir ki, (əstəğfürullah) bu dinin öz müctəhidləri onun haqqında bilmir, başqaları, yəhudilər bu dini hamıdan yaxşı bilirlər. Bu nə deməkdir? Biabırçılıqdır sadəcə olaraq".
Daha sonra Elşad Miri ilahiyyatçı kimi Hacı Əbdülü bu cür xarakterizə edib: "Dindən istifadə edənlərdən biri... Dini biznesmenlərdən biri kimi... Allah onun canını sağ eləsin."
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























