Bu gün Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun doğum günüdür. Mediainfo.az-ən kult.az-a istinadən verdiyi məlumata görə, o, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib. Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçi musiqiyə "Qalatasaray" liseyində başlayıb.
Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. Milyonlarla insanın qardaşı olan Barış Mançonun "Dünəndən bugünə"(1972) (Sayan), "Yeni bir gün" (1979) (Yavuz və Burç Plakçılık), "20 sənət ili Disko Manço" (1980) (Türküola), "Dəyməsin yağlı boya" (1986) (Plakçılık) və s. albomları çıxıb.
Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib.
O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi "40-cı il" mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı "Mançoloji" albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























