“Ailə tərbiyəsi görmüşəm” - Məleykə efirdə ağladı

“Ailə tərbiyəsi görmüşəm” - Məleykə efirdə ağladı

Xalq artisti Məleykə Əsədova "Səhər-səhər" verilişində göz yaşlarını saxlaya bilməyib. Tanınmış aktrisa valideynlərindən danışarkən kövrəlməyə başlayıb.

"Həyatla çox barışan insanam. Reallığı sevirəm. Ruhun varlığı bir reallıqdır. İndi qızıma hörmətim var. Çünki ailə tərbiyəsi görmüşəm. Özümə hörmət etdiyim üçün sizlərə hörmət edirəm.

Danışanda, sözü deyəndə düşünürəm. Deyirəm ki, görən bu sözü mənə desəydilər, necə olardi? Ona görə başqasına söz deyəndə 100 dəfə fikirləşmək lazımdır. Son günlər çox deyirəm: "Allahım, bizi mərdimazarlardan, şərdən, böhtandan qoru" – deyə Əsədova bildirib.

Qeyd edək ki, bir müddətdir ki, xalq artisti həmkarı Ramiz Məliklə böyük bir qalmaqal yaşayıb. Hətta, bu gərginlik məhkəməyə qədər gedib çıxıb.

Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb.

Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib. Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təhqir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.(A24.Az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az