Avropalı pedaqoq Quranı oxuyub şok keçirdi...

Avropalı pedaqoq Quranı oxuyub şok keçirdi...

Bir qədər öncə "Dəyərlər" nəşrinə istinadla xəbər verdiyimiz kimi, finlandiyalı bir gənc İranda İmam Rza hərəmində İslamı qəbul edərək müsəlman olub. Moderator.az xarici İslam saytlarına istinadla həmin əcnəbi cavan barədə bir neçə digər maraqlı faktlarla yanaşı, onun fotosunu da əldə edib. Məlum olub ki, artıq adını Rza qoymuş finlandiyalı gənc ixtisasca pedaqoqdur. Əvvəllər Quranla tanışlığı olmayan bu müəllim Quranın fin dilində tərcüməsini oxuduqdan sonra heyrətə gəldiyini etiraf edib: "Mən Quranı oxuduqdan sonra ondakı əxlaqi-mənəvi dərinlikdən şok keçirdim. Bundan sonra İslamı qəbul etmək qərarına gəldim. Müsəlman olmağımın əsas səbəbi İslam dininin cazibələri və içimdəki daxili aramlığa qovuşmaq arzusu oldu…"

Yeni müsəlman Rza Finlandiyaya döndükdən sonra öz soydaşları arasında İslam dinini təbliğiylə məşğul olacağına söz verib.

Xatırladaq ki, finlandiyalı gənc dekabrın 23-də Qüds Rəzəvi ostanının xarici ziyarətçilər işləri idarəsinə gəlib və burada Kəlimeyi-şəhadət deyərək müsəlmanlığı qəbul edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az