Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının üzvləri ilə Xalqların Demokrat Partiyasından (HDP) olan vəkillər arasında qarşıdurma yaşanıb.
Qarşıdurmaya səbəb hakim partiya təmsilçisi İlknur İncəözlə erməni əsilli millət vəkili Karo Paylan arasında mübahisə olub.
Karo Paylanın büdcə müzakirələri zamanı "Bu ölkədəki əxlaqsızlıqla, vergi əxlaqsızlıqları ilə davam edə bilmərik" ifadəsinə qarşılıq vermək üçün xanım vəkil kürsüyə çıxıb.
"Məclisdə əxlaq dərsi ala biləcəyimiz son nəfər də ola bilməzsiniz, bunu da xüsusi ilə qeyd etmək istəyirəm. Sonuncu şəxs belə deyilsən sən bu parlamentdə", - İlknur İncəöz Paylana sərt reaksiya verib.
Daha sonra Paylanın xanım vəkilə "əxlaqsızlıq etmə" deməsi ilə vəziyyət daha da gərginləşib. Hər iki tərəfin millət vəkilləri bir-birinin üzərinə yeriyib. TBMM-dəki digər vəkillərin araya girməsi münaqişənin böyüməsinin qarşısını alıb. İclasa fasilə verilib.Axar.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























