Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Tvitterdə Türkiyəni 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan status paylaşıb.
Ərəb nazirin tvitində Mədinə şəhərinin müdafiəçisi Fahri Paşanın müharibə zamanı cinayətə əl atdığı, ərəblərdən pul və qiymətli əşyalar oğurladığı qeyd olunub. Paylaşımın sonunda isə "bunlar Ərdoğanın babaları və onların ərəblərlə davranışı" ifadəsi qeyd olunub.
Ərdoğanın sözçüsü İbrahim Kalının Şeyx Abdullah bin Zayedə cavabı özünü çox gözlətməyib.
"Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirinin türklərlə ərəbləri təkrar bir-birinə qarşı qoymağa xidmət edən yalanı paylaşması utancvericidir. İngilislərin planlarına qarşı Mədinəni qəhrəmancasına müdafiə edən Fahri Paşaydı. Nə bahasına olursa olsun Prezident Ərdoğana hücum etmək yeni dəbdi?", deyə İbrahim Kalın bildirib.Teleqraf.com
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























