Cahangir Novruzov Türkiyədə mükafat aldı

Cahangir Novruzov Türkiyədə mükafat aldı

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, C.Novruzov bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində həmyerlimizə təqdim olunub.

Mükafatın "Xalq Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə "Teatr üçün Əmək" mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavinidir. kult.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az