Mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova həyat yoldaşının yoxluğundan əziyyət çəkdiyini deyib.
Mediainfo.az-ın bildirdiyinə görə Səbinə Hüseynova modern.az-a açıqlamasında hazırkı vəziyyətin onun üçün çətin olduğunu deyib:
"Rafiq Hüseynovun itkisi xüsusilə qızıma çətindir. Demək olar ki, hər gün onu xatırlayıram. Hamı deyir ki, zamanla insanın yaraları sağalır. Amma hələ ki vəziyyət eynidir".
S.Hüseynova çətin də olsa, diktorla olan son söhbətindən söz açıb:
"O, daha çox qızını görmək istəyirdi. Sonuncu söhbətimiz də bu haqda olmuşdu. Hələ Bakıda reanimasiyada olanda qızını gördü və çox sevindi. Çünki həkimlər yanına buraxmırdılar. Almaniyada qalanda artıq vəziyyəti bir qədər kəskinləşdi, qızdırması qalxdı. Ona görə də huşu özündə deyildi. Sadəcə gözləriylə baxa bilirdi. Məni görürdü, eşidirdi, amma bir şey deyə bilmirdi".
Müsahibimizin sözlərinə görə, Rafiq Hüseynovun hələ reallaşdırmaq istədiyi arzuları var idi:
"O, istəyirdi ki, zamanı tez tələsdirsin və tezliklə qızının məktəbi bitirməyini görsün. Çünki birinci sinfə də özü əlindən tutub aparmışdı. Həm də sevinə-sevinə... Buna görə də Leylini 11-ci sinifi bitirib akademiyaya daxil olmağını görmək istəyirdi. Yəni arzuları, planları var idi".
Səbinə Hüseynova "Rafiq Hüseynovun yoxluğunu ən çox nə zaman hiss edirsiniz" sualını isə bu cür cavablandırıb:
"Hər gün...".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































