Günlərin bir günündə İslam Səfərli "Sahil" qəsəbəsindəki bağlarında istirahət edərkən, süfrə arxasında özü də bilmədən saf qəlblə nə deyirsə, qadın dostlarından biri ondan inciyir. Qəlbi uşaq qəlbi qədər saf olan şair bütün gecəni yata bilmir. "Axı, nə üçün o, məndən incisin", - deyir. Əlinə kağız-qələm götürüb ürəyindən keçənləri ağ vərəqə köçürür:
Mən onu dan ulduzu,
Zərrin şəfəq sanırdım.
Kimə inanmasam da,
Bir ona inanırdım.
O, bir qaranquş kimi
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun
Dilim onu uçurtdu.
Həmin vaxt şairin yaxın dostu Əlfi Qasımov da bu məclisdə olduğundan İslam Səfərli hələ hava işıqlanmamış yazdığı şeiri götürüb, onun yanına yollanır. Əlfi Qasımovun da bağı İslam Səfərlinin bağı ilə yanbayan idi. Səhərin altoranlığında Əlfi Qasımov pəncərənin astadan döyülməsini eşidir. Pəncərənin qabağında yatan Əlfi Qasımov boylanıb İslam Səfərlini görür.
-Gecənin bu vaxtı xeyir ola ay İslam, nə olub, bir şey yoxdur ki? -Yoxdur da sözdür, hələ ki, yatmamışam. Dünənki məclisdə neçə il duz-çörək kəsdiyim adam məndən incidi. Heç özüm də bilmədim, bu necə oldu? Qulaq as, bu şeiri təsirdən yazmışam. Əlfi Qasımov şeiri dinləyib təsirlənir. Deyir:
-İslam, sənin doğrudan da böyük ürəyin var. Bu şeirdən sonra səndən heç kəs inciməz. Get bundan sonra gözünün dincini bir az al, hər şey yaxşı olacaq...
Tezliklə bu şeirə tanınmış bəstəkar Ramiz Mirişli həmişəyaşar bir musiqi bəstələyir. Azərbaycan xalq artisti, əvəzolunmaz ifası ilə ürəklərə yol tapan mərhum Şövkət Ələkbərovanın ifasında bu mahnını dinlədikcə adama elə gəlir ki, bütün küsülülər onu eşitdikdən sonra barışacaq. Elmin Nuri
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























