"Xəzər" Televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əməkdar artist Yusif Mustafayevin sözügedən proqramda səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Ölkə.Az"-ın məlumatına görə teleaparıcı qeyd edib ki, Yusif Mustafayev aparıcının və verilişin əməkdaşlarının, guya, ona yanlış məlumat verdiyini bildirib:
"Burda bu hadisə ilə bağlı yarım saat başdan axıra kimi süjetlər göstərilib. Yəqin, onun fikri toyların yanında olub. Sən ağlı başında olan insansan. Şər atmaq olmaz. Burada bütün səslər və görüntülər qeyd edilir. Bunu kimsə sənin qulağına pıçıldaya bilməz".
Qeyd edək ki, müğənni Yusif Mustafayev bir neçə gün öncə sözügedən proqramda qonaq olarkən, dörd qızını və həyat yoldaşını qətlə yetirmiş Salyan sakini Fərhad Əliyevin haqlı olduğunu bildirmişdi.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























