Təhsil Nazirliyi məktəb direktorlarına uşaqlar arasında intihara səbəb olan "Mavi balina" oyunu ilə bağlı xəbərdarlıq edib.
Paytaxt məktəblərinin birinin direktoru tərəfindən Axar.az-a verilən məlumata görə, bununla bağlı nazirlikdə toplantı keçirilib.
Tədbirə çağırılan məktəb direktorlarına həmin təhlükəli oyunla bağlı tapşırıqlar verilib. Onların nəzərinə çatdırılıb ki, son vaxtlar şagirdləri intihara təhrik edən "Mavi balina" oyunu barədə dərslərdə maarifləndirici mühazirə keçirilsin.
Nazirlikdən deyilib ki, dərs saatında şagirdlərlə söhbətlər aparılsın, bu oyunun qorxulu və zərərli olduğu uşaqlara çatdırılsın. Bu işlər müəllimlərə və sinif rəhbərlərinə həvalə olunub.
Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib.
Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































