Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.
Mediainfo.az-ın məlumatına görə Yenicag.az-a açıqlama verən xanəndə qocalıqdan şikayətlənib:
"Səhhətimdən şikayətlənmirəm. Yaşlı adamam, elə xəstəliyim də yaşla əlaqədardır".
Vaxtilə mahnılar bəstələyən illərin sənətkarı yaradıcılığına nöqtə qoyduğunu deyib:
"Vaxtilə saysız-hesabsız mahnılar bəstələmişəm. Bir çox tanınmış müğənnilər onları oxuyub. Heç birinə də qadağa qoymamışam. Mən onların ifasından narazı deyiləm, qoy oxusunlar. Niyə etiraz edim axı? Mahnı yaşamalıdır. Hərəsi mahnılarıma bir cür nəfəs verib. Heç vaxt mahnılarımı pulla satmamışam. Hamısına halallığımı vermişəm. Hərdən soruşurlar ki, niyə yeni bəstələr yoxdur? Deyirəm ki, daha qocalmışam, 90 yaşım var, yaratdıqlarım kifayətdir".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































