Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adı yenidən erməni ilə hallanır.
Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır.
Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki məlumatlarda erməni olduğu məlumatları yer alıb.
Qeyd edək ki, Şəfəqin adının erməni stilistlə hallanması ilk dəfə deyil. O, bundan əvvəl Georgi Kot adlı erməni əsilli stilistlə dostluğunu nümayiş etdirmişdi. Şəfəq müsahibəsində Kotu təriflədiyi və fotolarını İnstaqramda paylaşdığı üçün kəskin tənqid olunmuşdu. O, tənqidlərdən sonra Georginin sənətini vurğunluğunu növbəti dəfə yazaraq yeni foto paylaşmışdı. Stilist dəfələrlə Georgi ilə dostluğunu bitirməyəcəyini söyləyib.Axşam.az

İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































