Xanəndə Xan Şuşinski ilə Səməd Vurğun möhkəm dost olublar. Şair nə zaman Qarabağa gedərdisə, mütləq il növbədə Xanı yanına çağırtdırarmış. Qarabağda dəvət olunan hər yerə də onunla birgə gedərmiş. Onların ruhunda oxşar məqamlar da çox idi; Xanın səsi, Səmədin sözü əsl əzəmətli Azərbaycanın mücəssəməsi demək idi. Birinin səsindən, digərinin isə sözündən Azərbaycan təbiətinin, azərbaycançılıq ruhunun saflığı tökülərdir. Bəlkə də, onları dost edən əsas səbəb də elə bu olub.
Onların sonuncu görüşləri ən çox güzar etdikləri İsa bulağında baş tutub.
Moderator.az musiqişünas Firudin Şuşinskinin xatirələrinə istinad edərək, maraqlı bir əhvalatı-bu görüşlə bağlı-təqdim edir:
"O günü Səməd Vurğunun "İsa bulağı"nda qurduğu məclis gecədən xeyli keçənədək davam etdi... Artıq dan yeri sökülürdü... Meşənin bülbülləri yuxudan oyanmışdılar... Bunu görən Səməd üzünü Xana çevirdi.
- Ay Xan, ayə, eşidirsənmi səhər bülbülləri yuxudan oyanıblar.
Xan mehribancasına gülümsəyərək başını buladı:
- Əmi oğlu, indi nə demək istəyirsən, nə qayıraq?
Səməd Vurğun yarıciddi, yarızarafatla:
- Necə yanı nə qayıraq? Niyə, görmürsən bu səhər bülbülləri səni yarışa çağırır?
Sonra Səməd daha ciddi halda:
- Onları susdurmaq lazımdır.
- Nə ilə? - Xan gülümsər halda dilləndi.
Səməd hökmüranə tərzdə: - "Qarabağ şikəsti" ilə!
Sonra Səməd Vurğun vüqarla əlavə etdi:
- Qoy bu sərin meşələr, əzəmətli dağlar, hətta bizə həsrəti-həsrəti baxan o nurlu dan ulduzu belə Qarabağ bülbüllərinin deyişmələrini eşitsinlər. Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər, hamı birağızdan "Qarabağ şikəstəsi" deyib Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa çarəsi yox idi. Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb Allahyara dedi:
- Qardaş, başla görək. Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zənguləsi meşəni yenidən rövnəqə gətirdi...
İfadan sonra meşəni alqış sədaları bürüdü. Səməd Vurğun da son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:
- Əmi oğlu, yenə nə olub? Niyə pərişansan? Səməd Xana yaxınlaşıb onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb bir daha Xanı bağrına basıb vaxtı ilə sevdiyi bir qıza yazmış olduğu qəzəlin bu misralarını gözləri yaşarmış halda əzbərdən dedi:
Sus ey bülbül, kəs ey tufan, məramım istirahətdir,
Bu yerlərdə payım yoxumuş, əlacım bir səyahətdir;
Ölüm!.. Ey vah, o nemətdir, o bir şanlı səadətdir.
Əgər vaxtsız ölərisəm rəqibim bəxtiyar olsun.
Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə Səməd Vurğunun yadına məhz onun intim qəzəlinin kədərli sözləri yadına düşdü. Dünyada nələr olmur?.. Doğrudan da o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisi idi... Bir də bu iki nəğməkar görüşməyəcəklər... Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan vaxtsız köçdü...
Elmin Nuri
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























