
Bəstəkar-müğənni Arif Səlimov Beynəlxalq Mətbuat Mərkəzində yaradıcılıq təqdimatını keçirtdi. Mediainfo.az-ın verdiyi məlumata görə, tədbirdə sözləri və musiqisi Arif Səlimovun özünə aid olan "Demə mənə" adlı mahnısına Elit Star Cəmilənin ifasında çəkilmiş klip, "Səni itirməkdən yaman qorxuram" adlı yazdığı mahnısına Bahar Lətifqızının ifasında çəkilmiş klip, söz və musiqisi Arzu Abbasovaya aid olan "Qorxuram" adlı birgə duet oxuduqları mahnının klip təqdimatı baş tutdu. Bəstəkarın qızı Zəhranın da ad günü həmin günə təsadüf etdiyindən həm təqdimat, həm də ad günü bir yerdə qeyd olundu. Bu tədbir və təqdimatda iştirak edən sənətçi dostları da Arif Səlimovu tək qoymadılar.

Tədbirdə iştirak edənlər: müğənni Bahar Lətifqızı, Elit Star Cəmilə, əməkdar aktrisa Nahidə Orucova, şairə Sarıgül Yağmur Paşaqızı, Sevinc Sevər, bəstəkar-müğənni Arzu Abbasova, gənc müğənni Rəvan Cəfərli, Şövkət Əliyeva, Günay İbadova, Aygün Aydın, Gülnarə Xəlilova, Pərvanə Təranə Nurlu və tədbirin səbəbkarı Arif Səlimov Hacı Azadə Taleh Abbasqızı tərəfindən "Qobustan" diplomu ilə təltif olundular.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























