Azərbaycanlı rejissor, "Çölçü" filmi ilə bir çox mükafatlar əldə edən Şamil Əliyev yeni beynəlxalq uğura imza atıb.
Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, həmyerlimizin ekran işi olan "Çölçü" beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.
Sankt-Peterburqada keçiriln elmi konfransın mövzusu "İslam dünyası və kino"dur. İslam dünyasına aid beş rejissorun filmləri həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Azərbaycandan Şamil Əliyev, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri həmin konfransda nümayiş etdiriləcək və təhlil olunacaq. Elmi konfransda müxtəlif kino xadimləri çıxış edəcək. Filmin nümayişindən əvvəl məruzə olunacaq.
Şamil Əliyev həmin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görür. Rejissor Moderator.az-a açıqlamasında "Çölçü"nün Çikaqoda Art House Festivalında Tarkovski və Antonioni mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib. Belə ki, "Çölçü" filmi hazırda ABŞ, İngiltərə, Hindistan və bir çox ölkələrdə Antonioni, Tarkosvki kimi rejissorların filmləri ilə birgə dərs vəsaiti kimi tədris edilir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























