2018-ci ildə yazın gəlişi martın 20-nə düşəcək

2018-ci ildə yazın gəlişi martın 20-nə düşəcək

2018-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, gələn il yazın gəlişi martın 20-si, saat 20:15:30-a təsadüf edəcək.

O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: "Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da bahar fəsli gəlir".

Rəsədxana rəsmisi qeyd edib ki, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i, saat 14:07:18-də daxil olacaq: "Bu zaman ən uzun gün olur. Bu proses 14 saat 43 dəqiqə çəkir. Payız fəsli sentyabrın 23-də, saat 05:54:06-da başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna, adətən, payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarımkürəsi üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır".

X.Mikayılov deyib ki, gələn il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq: "Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az