Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.
Mediainfo.az xəbər verir ki, akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək. Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olması nəzərdə tutulur.
Mənzil almaq üçün bir necə ödəniş qaydası təklif edilir.
Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.
Digər təkliflər mənzilin dəyərinin 20%-inin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək nəzərdə tutulur.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































